Biz necə bir olaq?bir doğulmadıq
Allah  ayrı-ayrı yaratdı bizi
Yatıb yuxuda da xoşbəxt  olmadıq
Ayrılıq səsinə  oyatdı bizi

Hansı  bəxtəvərin günün  oğruyum
Bircə xoş günümüz yox xatirə tək
Yadıma nə  salım, nəyə ağlayım
Biz axı  nə  yatdıq nə  yuxu  görək

Zamanla sevmədik bir anda sevdik
Ağladan  olmadı bizi  biz qədər
Heç nə qazanmadıq nələr itirdik
Bəxtimiz olmadı  sevgimiz qədər

Heç vaxt  ayrılmayaq deyən kim  idi
Daha bu  sözlərin mənə yad gəlir
Sənin həsrətin də ozün kimiydi
Ele bil  acı  yox şirin dad gəlir

O qədər sevmişəm həsrətini də
Elə  özün  kimi şirin bilirəm
Mən  belə  sevginin qiymətini də
Harda satılırsa yerin bilirəm.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə