Son xəbərlər

 

Qəlb evimin
Qonaq gözləmədiyi anda
Qapını döymədən girdin içəri..
Sonra gəldiyin tək qayıtdın geri..
Gözümə yuxu tək gəldi varlığın
Gec gəlib tez getdin.
Mən yığın-yığın,
Həsrətlə üz-üzə qalmışam indi
Həmin o qəlbiki sən viran etdin,
Bax o qəlb, o ürək daim sənindi..

Şəklinlə üz üzə, bir həzn mahnı
Bir siqar əlimdə..
Bax həyat budur
Elə siqar kimi vallah mənimdə
Qəlbimi, yanıb tez sönmək qorxudur...

Birgə olmasaqda,
Mənimsən onsuz..
Məsafə nədirki bir sevgi üçün?
bu sevgi əbədi,bu sevgi sonsuz
yanıb alışacaq daim səninçün
Hələ gəlişini gözləyirəm mən
Mən özüm gələrəm sən gəlməsəndə
Onsuz sən özündə mənim qəlbimə 
gəlib icazəsiz girmisən axı..
Bir gün gələcəyəm
Gözlə yolumu,
Bəlkə 1 ay sonra
Bəlkə də 10 il..

..amma bilirəmki,sən bir gün yenə..
bəlkə də ömrümə qayıdacaqan.
bəlkə boş xəyaldır?
Yox! yox,ömrümə
sən bir gün bilirəm..
qayıdacaqsan..
Bilmirəm nə vaxtdır o "bir gün" amma.
Bəlkə 1 il sonra,
Bəlkə də 10 il...

Əzrayıl canımı almayacaq heç
O canlı ölünü neyniyir axı?
Mən sənin sevgindən öləcəyəm bil.
Bəlkə 1 il sonra
Bəlkə də 10 il..

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə