Adamlar dəryada boğulan kimi,

Bu dünya boğulur günah içində.

Kaş ki qəlbimizdən bir dərd çıxaydı,

Sinəmizdən qopan min ah içində.

 

 

Biz yerə gəlməyik, yerli deyilik,

Kim deyə bilər ki, sirli deyilik.

Onsuz da Allahdan ayrı deyilik:

Allah bizim, biz də Allah içində.

 

Mən hərdən bir məna bükürəm sözə,

O bəzən köhnədi, bəzən də təzə.

Görən nə göndərir bəxtimiz bizə

Günəşə bürünmüş sabah içində.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə