Son xəbərlər

 


Tanrının verdiyi nemətdir bizə,

Onların qədrini bilməyəcəyik

Baxdıqca ləpəli olan dənizə,

Onun qarşısında diz çökəcəyik.

 

 

Dəniz də, sanki bir canlıdır inan

Həm sakit, hərdən də əsəbi olur

Düşəndə çətinə, təkliyə insan

Baxaraq dənizə çox fikrə dolur

 

İstəsən səninlə danışacaqdır,

Elə bil dərdinə şərik olacaq

Sanki o bir anlıq dil açacaqdır,

Qəlbinə ən yaxın bir dost olacaq.

Baxacaq o axan göz yaşlarına

Silmək istəsə də bacarmayacaq

Cevrilib geriyə çıxıb gedəndə

O sənin yerinə çox ağlayacaq

 

Gecə qaranlıqda, sakit havada

Baxdıqca dənizə ləzzət alırsan

O zaman yanında sevgin olanda

Elə bil, ayrı cür nəfəs alırsan

 

Ləpələr necədə vurur özünü

Daşa, qayalara, qumlu sahilə

O da, belə deyir bizə sözünü

Daha nələr deyir kim hardan bilə?

 

Dəniz var hər kəsə çox xeyirlidir,

Canlılar dənizdə nəfəs alırlar

Dəniz var bilmirsən nəyə meyl edir,

Suyunda boğulur yola salırlar.

 

Hər zaman təsəlli ondan almışam

O olub həmişə qəlbimə sirdaş

Qardaşım olmayıb mən tək qalmışam

O olub mənimçün ikinci qardaş

 

Bu şeri yazdım ki biləsiz siz də

Çətinə düşəndə çox darıxmayın

Hər şeyin əlacı yalniz dənizdə

Onu başqa yerdə heç axtarmayın

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə