Son xəbərlər

 


Düşmüşəm qəribə bir aləmə mən,
Heç nə bir-biriylə tən ola bilmir.
Hara gedirəmsə xəyalımda sən,
Ürək şadlanmayır,şən ola bilmir.

Sözlər eşidirəm sözünə bənzər,
Kədərli gözler var, gözünə bənzər.
İnsanlar görürəm özünə bənzər,
Dəni saçındakı dən ola bilmir.

Yorur sənsizliklə bu savaş məni,
Boğur qəhər məni, gözdə yaş məni,
Bəlkə də bilirlər qəlbi daş məni,
Kimsə bircə anlıq mən ola bilmir...

Ruhum ruhun ile qovuşmur yenə,
Düşürəm yağışa, dumana, çənə,
Kainat yığışıb gəlsə də mənə,
İnan ki sən deyil, sən ola bilmir...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə