Bir gün bu gün də öləcək,

başqa ölən günlər kimi.

Ürəyini sıxma belə -

bütün doğulanlar ölür.

 

Bir gün öləcək bu gün də,

ölüb dünənə dönəcək,

ya böyük, şanlı tarixə,

ya kiçik bir xatirəyə,

Nəyə dönəcək nə fərqi?

Öldü, qurtaracaq bu gün!

Ölüncə yaşayaq barı,

gəl tələsməyək nahara.

Oturub doyunca baxaq

bu şən, kədərli səhərə.

Ən gözəl sözləri seçək,

ən gözəl gözlərə baxaq.

Hərdən də lal, səssiz duraq –

Mələklər keçsin aradan.

Uzansın bu günün ömrü...

nə olsun, bir gün öləcək,

biz gəlmişik bu dünyaya

“bu gün”ün özün gətirək!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə