Vurğun-bir ölkənin sənət şahıdır!

Vurğun-şeirimizin eşq allahıdır!

 

Vurğun-şeir, sənət kəhkəşanıdır!

Vurğun-söz nəhridir, söz ümmanıdır!

Vurğun-eşq verib, canlar alıbdır!

Vurğun-ömürlərə sayə salıbdır!

Vurğun-sirri-xuda seir bulağıdır!

Vurğun-əbədi bir söz qaynağıdır!

Vurğun-fövqəlbəşər eşqə talıbdır,

Ondan şədi-şəkər sözlər qalıbdır!

Vurğun-şeir evinin şah övladıdır!

Vətənimin nadir istedadıdır!

Yaratdığı hər söz elin varıdır,

Sevgili yurdumun iftixarıdır!...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə