Son xəbərlər

 


Mənim gözlərimdə qəmi çək, rəssam
Göstər baxışımda həsrət yığının

Mənim gözlərimdə nəmi çək, rəssam
Göstər ürəyimdə bulud axının.

Çək, ömür yolumda ötən illəri
Ömrün baharında xəzan yarpağın
Çək, qəlbimdən qopan sarı simləri
Bu sınıq qəlbimin sızıldamağın.

Çək məni həyatda necə varamsa
Taleyin üzümə əksi çıxanda
Çək məni qaranlıq bir pəncərədən
Dərdimlə, sevincim qoşa baxanda

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə