Son xəbərlər

 


 Yenə də yalanlar deyir gözlərin,

 Yolun sonunamı  gəldik sevgilim?

 

 Ayrılaq –deməyə yoxsa cürətin,

Elə isə sussun,lal olsun dilin.

 Yox,yox..

Belə getmə sakit və səssiz,

Sənin gedişinə hazır deyiləm.

Bir körpə düşün yetim ,kimsəsiz,

Mən də o körpəyəm sevgilim sənsiz....

Gör necə möhtacam sənin sevginə ,

Səni tanıyandan oldum əsirin..

Yalvarır gözlərim :-Qal deyir  sənə,

Gözlərim sözümə baxmır neyləyim..

Səni sevən ürəyim unudar əlbət !

Buraxıram səni  gedə bilərsən..

Mənə dərd verən sən ey məhəbbət !

Onu unutmağı gəl özün öyrət....

Gəl, gəl, məhəbbətim, gəl özün öyrət...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə