Son xəbərlər

 


Məhkəmə qurulub….
Ürəyimin məhkəməsi…
Sevdiyi bir insan ücün
dara çəkilən ürəyim…


“Bir daha sevə bilməsin”
Tanrıdan budur diləyim…
Dəyərmi bir nadan üçün
ürəyini dərdə salmaq?
Dəyərmi vəfasız kəsin
Yalançı eşqinə dalmaq?….
Bəsdir artıq,
Yetər daha!
Ulu tanrı qarsısında
Mən diz çöküb yalvarıram
Qəlbimə cəza verilsin…
Bir daha kədər görməsin
Vəfasızlar tərəfindən
O alçalıb əzilməsin!…
Ver Allahım, ver cəzamı,
Sevgi nədir mən bilməyim,
Heç bir zaman sevilməyim…
Yalançı eşq nəyə yarar,
Bir gün sənə gərək olsa,
Sevdiyin yanında yoxsa?
Həsrət, kədər səni qovar,
Sənin sevdiyin kəsdə də
Kiçicik bir ürək olsa…
Yoxdu amma.
Çox təəssüf..
Sən demə mənim ürəyim
Bir daş parçasını sevmiş.
Sən demə mənim ürəyim
Bir nadana, daşürəyə
Könül vermiş…
Allahımdan tək istəyim
Çəkim eşq cəzasını mən
Dözərəm sənsiz…
bir də heç vaxt
Sənin kimi insafsızı
Mən sevmərəm….
Qəlbimdən qoparıb atıb
sənin eşqin də olmadan
İnan ki, yaşaya billəm…
Arzum budur:
Qəlbimin məhkəməsi
Belə qurulsun,
Qərar isə belə olsun:
“Ürəyim” – məhkum,
“Gözlərim” – şahid,
“Əllərim” – cani,
“Eşqim” – müttəhim,
“Ayrılıq” – vəkil
“Həsrət” – müvəkkil
Allahım – hakim
Cəzam – “Sənsizlik”
Müddət – “Ömürlük”…

 

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə