Son xəbərlər

   Mən internetə girmirəm. Mənə ünvanlanmış bir yazını kağıza çıxarıb gətirdilər. Mənə müraciətlə yazılmış mətndə adı və soyadı göstərilməyən, özünü “tanınmış jurnalist və QHT sədri” kimi təqdim edən şəxs dilimizlə bağlı problemləri qaldırır. Bir neçə dəfə “Hörmətli Anar!” yazır, “siz tanınmış insan, gözəl yazıçımızsınız” – deyir və əlavə edir: “Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün etdiyiniz xidmətlər böyükdür”. Amma bununla belə müraciətində etikadan uzaq olan ifadələr də var. BŞİH nəzarət edə bilmədiyi “linqvistik ekspansiyaya” görə məhz məni günahlandırır. “Heç maraqlanmısınızmı, o obyektlərin Azərbaycan xalqını, onun dilini,  qanunlarını saymayan sahibləri kimlərdir? Onlardan qorxursunuzmu? Əgər yetərincə qorxuncdurlarsa, deyin, biz də qorxaq, təkbaşına qorxmaq sizələrə çətin olar”.  

Ardını oxu...

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Azərbaycan döyüşçülərinin qəhrəmanlığı və Böyük Vətən müharibəsində Qələbəyə onların töhfəsi (1941-1945-ci illər)” mövzusunda dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Yazıçılar Birliyi və Rus İcması tərəfindən təşkil edilmiş tədbir faşist Almaniyası üzərində Böyük Qələbənin 75 illiyinə həsr olunub.

Ardını oxu...

Bu gün ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı, sənətdə yeni addımlarını atan şair, yazıçı və tərcüməçilərin, eyni zamanda, türk və digər xarici ölkə ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərinin dərc olunduğu bir jurnalın – “Qobustan”ın fəaliyyətə başlamasının 50 illiyinə həsr edilmiş tədbirə toplaşmışıq. “Qobustan” mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Gəncliyim bu jurnalın çətin fəaliyyəti dövrünə düşüb. Atam bu jurnalın öz fəaliyyətini davam etdirməsi üçün çox əziyyətlər çəkib. Bu yolda onun göstərdiyi dönməz mücadilə mənim də genimə-qanıma sirayət edib.

Ardını oxu...