Son xəbərlər

Oktyabrın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.

Gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

"Ötən il 44 günlük Vətən müharibəsində 30 il işğalda qalan torpaqlarımızın azad edilməsi və hazırda bu torpaqlarda yenidənqurma işlərinin aparılması, həyatın canlandırması bütün bu canlı tariximiz yaradılmalı, kitablara köçürülməlidir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır. Bu tarixi yazanların gələcək nəsillərə çatdırılması üçün tarixçilərimizin, yazıçılarımızın, şairlərimizin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, Azərbaycanın bugünkü tarixinin canlı şahidi olan dəyərli yazıçılarımız, elm adamlarımız bu şərəfli tariximizin salnaməsini yaradaraq gələcək nəsillərimizə çatdıracaqlar. Bu zəfər dolu illərimizin tarixi çoxlu sayda kitablarda, əsərlərdə əksini tapacaq", -deyə Əli Əhmədov vurğulayıb.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, 14 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.

Sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləmək olduğunu söyləyən nazir deyib: "Sərgi, eyni zamanda, Nizami dühasının 880 illik yubileyi münasibətilə, onun mədəni-ədəbi irsinin tədqiqi və təbliği ilə bağlı, görülən işlərin, çap olunan nəşrlərin, nümayişi və təqdimatının geniş ictimaiyyətə çatdırılmasını, azyaşlı oxucuların, poeziya və Nizamisevərlərin, dahi mütəfəkkirin ibrətamiz ədəbi irsinə, yenidən müraciətinin təşviqini həyata keçirəcək”.

Nazir vurğulayıb ki, VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq. Sərgidə uşaqlar üçün, Nizami Gəncəvini əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.

Anar Kərimovun sözlərinə görə, VII Bakı Beynəlxalq Kitab Sərgisinin ən əsas özəlliklərindən biri, qalib gəlmiş bir xalqın, zəfər çalmış bir dövlətin öz suveren ərazisində təşkil etdiyi ilk beynəlxalq kitab festivalı olmasıdır: “Sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan, Qarabağın tarixini və mədəniyyətini əks etdirən kitablar, jurnallar və digər çap məhsulları xüsusi yer tutur. Sərgiyə təşrif buyuran hər bir şəxs bu mövzularda olan nəşrlərə diqqət yetirməli, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olmalıdır. Bildiyiniz kimi bu ilin yanvarın 15-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Qarabağa kitabla gedək” aksiyasına start verilmişdir. Hazırda bu aksiya çərçivəsində 55 482 kitab toplanılıb. Bu gün biz Qarabağa həm mədəniyyətimizi,, həm də ədəbiyyatımızı qaytarırıq. Bu böyük qayıdışın hər mərhələsində, hər məqamında xalqımız dövlətimizlə bərabərdir və 44 günlük zəfər tarixi, artıq dünya azərbaycanılılarının həmrəyliyi simvoluna çevrilib".

Builki kitab festivalının əvvəlki sərgilərlə müqayisədə, bir sıra yenilikləri ilə fərqləndiyini söyləyən A.Kərimov deyib: "İki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin bu ildən etibarən, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləmək məqsədilə hər il təşkil olunması qərara alınıb.

Bundan başqa, sərginin keçirilmə məkanı dəyişdirilərək, ölkəmizdə sərgi təşkili üçün daha optimal yer olan Bakı Ekspo Mərkəzinə salınıb. Sərgimizdə ilk dəfə olaraq azyaşlı oxucular üçün “Uşaq aləmi” təşkil edilib. Builki sərgidə, görkəmli ədəbiyyat və incəsənət adamları sərgi gününün fəxri qonağı olacaqlar. Bu qonaqlar arasında məşhur xarici yazıçı və aktyorlar da yer alacaq.

Nəhayət bu il də Təşkilat Komitəsi tərəfindən sərgidə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər müəyyənləşəcək . Eyni zamanda Nizami Gəncəvi ilə bağlı 5 gün ərzində ən möhtəşəm tədbirlərin təşkilini və “Nizami Gəncəvi İli” çərçivəsində dahi mütəfəkkirin 880 illik yubileyi ilə əlaqədar sanballı, yeni məzmuna malik nəşrlərin buraxılışını həyata keçirən naşirlər, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaqlar".

Tədbirdə təhsil naziri Emin Əmrullayev, Xalq yazıçısı Anar, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah çıxış edərək sərginin açılışı münasibətilə kitabsevərləri təbrik edərək öz fikirlərini bölüşüblər.

Bildirilib ki, cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsi baxımından sərgi-yarmarkanın böyük əhəmiyyəti var. Əminliklərini ifadə ediblər ki, kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.

Sonra qonaqlar oktyabrın 10-dək davam edəcək sərgi ilə yaxından tanış olublar.

 

azertag.az

БАКУ /Trend Life/ - В Бакинском книжном центре состоялась презентация книги "Дастан Карабаха. Тридцатилетнее ожидание – 44-дневная Победа" (Qarabağ dastanı. Оtuz ilin həsrəti – 44 günün Zəfəri), сообщает Trend Life.

В мероприятии приняли участие известные общественные деятели, представители культуры и науки, дипломатических миссий, авторы произведений, вошедших в книгу. Ведущей вечера была заслуженная артистка, телеведущая Наргиз Джалилова.

В 528 страниц книги, выпущенной издательством Təhsil, вошли произведения около 60 известных писателей и общественных деятелей, современных и молодых авторов – повести, романы, эссе, очерки, стихи, рассказы, статьи и публикации. Обложку книги украшает работа народного художника Сакита Мамедова "Флаг Азербайджана на Джыдыр дюзю". Автором идеи проекта является председатель Союза писателей Азербайджана (СПА), народный писатель Анар Рзаев, редактор – секретарь СПА, заслуженный работник культуры Рашид Меджид.

На открытии вечера минутой молчания была почтена память шехидов Карабахской войны. Выступившие народные писатели Анар Рзаев, Эльчин Эфендиев и Чингиз Абдуллаев, заслуженный работник культуры Рашид Меджид, депутат Милли Меджлиса Жаля Алиева, профессор Бакинского государственного университета Джахангир Мамедли, директор Бакинского книжного центра, писательница Гюнель Рзаева подчеркнули, что во главе с Верховным главнокомандующим, Президентом Азербайджана Ильхамом Алиевым наша доблестная армия в единстве с народом всего за 44-дня разгромила армянских агрессоров и вернула после 30 летней оккупации наши земли, где жизнь начинает возрождаться, строятся дороги, создается новая инфраструктура. На этих территориях будут восстановлены города и села, и Карабах вновь станет одним из самых прекрасных мест на земле. Память о шехидах и героях будет вечно жить в наших сердцах, слава освободителей золотыми буквами вписана в летопись страны.

Было отмечено, что выпуск книги является значимым событием в общественной и литературной жизни страны, несет в ценные исторические материалы, теплые воспоминания о родных краях в Карабахе, радостные мысли об освобождённых землях, является подарком читателям на День победы в Отечественной войне – 8 ноября.

Гостям была представлена концертная программа с участием народной артистки Тунзали Агаевой, исполнителя Азада Шабанова, а также Нихада Мамедзаде, Нисбат Садраевой, Хаяла Гусейнова, которые выступили в сопровождении ансамбля "Şuşanın dağları".

 

(Автор и фото - Вугар Иманов)

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib.

Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirdi və qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.

Görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini dedi.

Ulu öndər Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlətimizin başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirdi, Ümummilli Liderin Oljas Süleymenova həm istedadı, həm də ictimai fəaliyyətinə görə hörmət bəslədiyini qeyd etdi.

Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını dedi.

Dövlətimizin başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırlatdı, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirdi və ordeni görkəmli qazax şairinə təqdim etdi.

Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını məmnunluqla vurğuladı və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd etdi. Görkəmli qazax şairi bildirdi ki, bu Qələbə bütün türk dünyasının çox böyük növbəti uğurudur və o, tarixdə qalacaq.

Oljas Süleymenov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini də məmnunluqla vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi.

 

azertag.az