Ürəyi bərk-bərk döyünürdü. Bayaqdan bəri azı yüz kərə yaxınlaşdığı aynanın qarşısına bir də keçdi. Darağı götürüb yenidən saçlarını daradı. Yenidən ətirləndi. Aynadan ona boylanan uzun şabalıdı saçlı, şabalıdı gözlü qıza bir də baxdı. Gülümsündü. Aynaya, darağa, ətirə nəzər salıb ətli dodaqlarını büzdü: “Nədi, bezdiniz, sevinin ki, sizə toxunan mənəm” – deyərək yerində fırlandı. Əyninə kip oturan bəyaz rəngli donu mürgüdən ayılırmış kimi “gərnəşdi”…

Ardını oxu...


Yanma! Atəş soyuqdur. Sən ondan qorxduğundan səni yandırar. Kibritin üzrərində gəzişən alova diqqətlə bax, istəsən barmağına yaxınlaşmaz. Bəlkə yaxınlaşıb sənin dərinə yüngülcə toxuna bilər. O səni sevsə, kül olmağına imkan verməz. Necə ki, minilliklər öncə əlləri bağlı şəkildə atəşdə yandırılan İbrahimi alov salamat saxladı. Azərin oğlu yana bilməzdi. Onun daxilində qığılcım var idi. Od onu sevirdi. Əgər, daxilində qığılcım varsa birgə atəşlənəcəksən. Buza bənzəsən qarla, istiyə bənzəsən günəşlə dost olacaqsan. Bax, içində nə gəzdirisən?

Ardını oxu...


 Əlini bacısının qarnına qoydu. Xəzinə tapmış aadam kimi sevincinin həddi-hüdudu yox idi. Üç aylıq idi. Əlinin altındakı bu varlıq üç aylıq idi. Nəhayət on illik ailə həyatının sonsuzluq damğasını bu yolla silməyə cəhd edirdi. Bakıdan rayona dönmək istəmirdi. Elə bilirdi ki, bacısını bir anlıq tək qoyub gəlsə, nə isə olacaq. Birtəhər hisslərinə qalib gəlib rayona döndü.Evə çatmamış elə küçənin başından, darvazanın önündə duran baldızını sezdi. Həmişəki havalı görkəmi ilə, salamını belə almadan elə darvazanın önündəcə birbaşa hücuma keçdi.

Ardını oxu...


İyun ayının ortaları idi. Artıq yazın gündüzlər adamı sərinləndirən axşamlar isə əməlli-başlı üşüdən havası yayın istisi ilə əvəz olunurdu. İyun ayı iş ayı olduğundan gündüzlər çimərlikdə tək-tək adamlara rast gəlinirdi. Axşam saat 5-dən sonra isə Xəzərin sahilində əsil qələbəlik olurdu.

Ardını oxu...

1. QAÇIŞ

      Sanki ayaqları yerdən üzülmüşdü. Uzaqda, yerlə göyün kəsişdiyi yerdə, çəhrayı bir zоlaq vardı və nədənsə dayçaya elə gəlirdi ki, həmin çəhrayı zоlağın о biri üzündə tоzanaq qоparıb sоnsuzluğa çapan dəlisоv bir ilxı var. Hərdən оnun qulağına о dəlisоv ilxıdakı atların - о atların hamısının rəngi qızılı idi - kişnərtisi  gəlirdi. Dayça indi о kişnərtinin, о hayqırtının havasına çapırdı.

Ardını oxu...


Dostlarımı sevirdim... İndi isə... Yox, yox qətiyyən onlara nifrət eləmirəm. Sadəcə sevmək məsələsində artıq yalançı olacağımdan qorxmağa başlamışam. Bilirsiniz, mən ümumiyyətlə özümdən böyüklərlə dostluq etməyi bacarmıram, bilmirəm bu xoşbəxtlikdir ya yox. Adətən ətrafımda həmyaşıdlarım daha çox olur. Bəli xoşbəxtlik olub olmadığına açığı tərəddüt edirəm. Ona görə ki, indi həmin dostlarım elə bil vaxtından tez böyüyüblər. Nəysə..Sizə bir hekayə danışmaq istəyirəm.

Ardını oxu...


Ted Royd həmişəki kimi kiçik mənzilindəidi.Yenə masada əyləşib  yazı işi ilə məşğul idi.Masanın üstündə bir neçə kitab,kofe və vərəqlər dağınıq halda görünürdü.Ted sakit təbiətli,özünə qapanıq xasiyyətdəydi.O heç vaxt saat doqquzdan sonra küçəyə çıxmazdı.Ted yazı işinə fasilə verib,ayağa durdu.Çöldə güclü külək əsirdi.Ted birdən-birə divardan asılmış pencəyini götürüb dərhal şəhərin mərkəzinə getdi.

Ardını oxu...


... İndi tеlеvizоrda göstərilən bu hündür binaya baхdıqca Qaranı tər basırdı, az qalırdı ki, əlinə qəzеt alıb üzünü yеlpikləsin, halbuki çöldə çisək idi, qız isə anasının şalını çiyninə atıb bir-iki dəfə qapının ağzına çıхmış, sоnra da uçuna-uçuna təzədən gеri qayıtmışdı. Qara, gözaltı süzüb qızın saçlarına sırğa kimi düzülmüş damcılara baхırdı, baхdıqca da səhər-səhər hörümçəklərin qurduğu tоrun üstündə işıldayan şеh gilələrini хatırlayırdı. Şеhli budaqları, kоlları Qara əlindəki çubuqla yun kimi çırpa bilərdi. Amma qızın saçlarını çırpmağa hеç kimin əli gəlməzdi. Qızın uzun dоnunun ətəklərində də saçlarındakı təki damcılar işıldayırdı. Bir cüt əl qıpqırmızı dоdaqlara yaхınlaşır, hоvхuruqla isinirdi və bu anlarda Qaranın gözü qabağına nədənsə qоşa yarpaqların arasında qızaran iri şеhli çiyələklər gəlirdi. Qara, qızın əllərini bir cüt yarpağa охşadırdı; kiçik dоdaqlar isə şirinliyinə görə yох, rənginə görə çiyələyi хatırladırdı.

Ardını oxu...


Xoruz banı, şəhəri çoxdan yatmış bir yuxudan ayıltdı. Elə bil, günəş, onun diktəsi ilə göy üzündə görünüb. Elə ucadan banlayırdi ki...

  Qadın doğuş sancıları çəkirdi. Dünyaya bir-birinin ardından gəlmiş övladları, il tamam olmamış bu dünyanı tərk edirdilər. Az deyil, səkkiz övlad dünyaya gətirəsən. Səkkizi də qalmaya...

Ardını oxu...


Ey Məcnun, budurmu ilahi sevgi?

Əlini qanına bulaşdırdığın

Həmən o Leylidir, sevdiyin Leyli.

  Məhkəmə.

 - Müttəhim cavab verin. Sizi buna nə yuvarlandırdı ? Əsrlər boyu dillərdə əzbər olmuş ilahi bir eşqin sonu bu idimi?

 Məcnun əllərini ovuşdurur. Susur.

Ardını oxu...