![]() |
![]() ![]() |
Yəməndə çox savadlı, təbəələrini sevən, bilik əldə etmək istəyənlərin hamisi və yardımçısı, öz taxtında bəxtəvərcəsinə əyləşmiş xoşbəxt bir şeyx-hökmdar yaşayırdı. Köçəri ərəblər öz oğullarını tərbiyələndirmək üçün onun yanına xidmətə göndərirdilər. Bu bəxtəvər şeyxin adı Qalib idi. Onun ürəyi ovçuluq eşqi ilə alışıb-yanırdı. Qalibin hətta yırtıcı heyvanları belə ovlaya bilən qəribə şahini vardı. Yaydan çıxmış oxu belə keçən bu şahinin əlindən heyvan-quş canını qurtaramı bilərdi? Şeyxin şahini insanlar arasında əhliləşdirilmiş və ovçuluğa xas vərdişlərə yiyələnmişdi. Şahinin zəhməti insanlar arasında hədsiz hörmətlə qarşılanmış və ona böyük ad-san qazandırmışdı. Ona şan-şöhrəti qazandıran həm də cəldliyi və qanadlarının parıltılı olması idi. Şahinin ov ovlarkən torpaqda qopardığı tozanaq xəbəri bütün aləmə yayılmış, aşıqların dilində dastana çevrilmişdi. Tamaşasına duranlar şahini seyr etməkdən doymurdular. O, əndamı ilə bir quş olsa da, sanki ov quşuna çevrilmiş cüssəli, igid bir qəhrəman idi.
Tələbə rəssamlar molbert qarşısında rəsmlə məşğul idilər. Sinfin yuxarı başında müəllimin yaxınlığında gips büst qoyulmuşdu.Tələbələr onu sadə karandaşla çəkirdilər.
Uzandığı çarpayı ilə üzbəüz asılmış saata baxdı. Saat 13:25-i göstərirdi. Deməli, məktəbdə dərs başlanmışdı...
Siyasət aləmində daha çox təlxək kimi tanınan adıbədnam V.Jirinovski növbəti dəfə xalqımız barəsində hərzə-hədyan sayıqlamışdır. Bununla bağlı hələ 2000 - ci ildə yazıb çap etdirdiyim hekayəni bir daha çağdaş nəsil oxucularına çatdırmaq istədim.
19.03.2014
Həmin gecə
Xocalının şəhid uşaqlarına
Axşam bütün zülməti ilə şəhəri udmağa başlayırdı. N sürətlə metrodan çıxaraq beynindəki istiqamətə yollandı.
Cəbhə xəttində-təmas nöqtəsində dayanmışdı.Əlləri sinəsinə sıxılmış aftomatın tətiyində idi. Gözlərisə`` uzu bəri baxan dağlar``a zillənmişdi.Başı dumandan çalmalı , ətəkləri qara bələnmiş Vətən dağlarında çoxdandır ki,duşmən məsğunlaşmışdı.Ordan tez-tez atəş səsləri eşidilirdi.Əsgərin gözləri dörd olmuşdu.Duşmənə aman vermək olmazdı!.
Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın "bu gün yağış havası var, özünlə çətir götür" məsləhətinə qulaq asmadığım üçün də peşmançılıq keçirirdim içimdə. Amma onsuzda istifadə etməyəcəyimi bilirəm axı... Yayda eynək, yağışda da çətir istifadə etmək heç adətim deyil. Eynəkdən istifadə etməməyimin səbəbi hər şeyi öz rəngində görmək marağımdır. Günəşi də, dənizi də, ağacı da, bir sözlə hər şeyi öz rəngində görmək istəyirəm. Bəlkə də bu, bir çoxları üçün mənasız bir istək kimi görünə bilər, amma neyləyim, sevmirəm süni boyanı. Çətir isə uşaqlıqdan heç sevmədiyim bir əşya olub. Uşaq vaxtı yağışı çox sevirdim, yağış yağarkən həyətə, yağışın altına qaçmağa can atırdım. Elə indi də yağışa olan sevgim qalıb, amma indi yağışın altında olmaqdansa, ona kənardan, məsələn, evimizin balkonundan, ya da pəncərədən baxmağı daha üstün tuturam. Nə isə...