Qışın şaxtalı çağında canlıların çoxusu qış yuxusuna gedir. Çöllər, meşələr qar örtüyünə, daha doğrusu yorğanına bürünür, quşların və uyqusuz heyvanların ləpirləri bu yorğana naxışlar salır...İnsan olan da soyuq qış havasında yorğanı başına çəkib uzun-uzun yatmaq istər, yorğanı qısaldıqca özü də büzüşər, kiçilər, amma havanın isti-soyuqluğundan asılı olmayaraq işə-gücə getməlisən, bazarlıq eləməlisən. Adi mağazalarda qiymətlər o qədər bahadır ki, məcbur olub nisbətən ucuzluq olan böyük supermarketlərə gedirsən, imkanı olan öz maşınında, olmayan da adi avtobuslarla gedib-gəlir.

Ardını oxu...


    Yaranışda kimisi bu dünyaya insan cildində, amma heyvan ruhu ilə, kimisi isə heyvan cildində insan ruhu ilə gəlir. İnsanlıq tək xarici görünüşlə əhatələnən bir məhfum deyil, həm də daxilən təmizliyi, saflığı, xeyrxaxlığı özündə birləşdirən bir anlamdır.

Ardını oxu...



( nağıldan parça)

Həyat nağıldır. Nağıla inansan, hər gün möcüzə görəcəksən. Sən həmişə bu nağılın dürüst, xeyirxah qəhrəmanı ol. Şərdən qorunmaq üçün ürəyini sevgi ilə doldur. Ürək özü sənə doğru yolu göstərəcək.

Ardını oxu...


Müəllif barədə:

Yaşar Süleymanlı Moskva şəhərində yaşayır, Şəhriyar adına Ədəbiyyat-mədəniyyət Cəmiyyətinin ən fəal üzvlərindəndir. Şeirləri ilə tanınan bu gənc yazar həm də bir neçə maraqlı hekayə müəllifidir.

Onun özünəxas təhkiyəsi ilə seçilən bir hekayəsini ayb.az-ın istəkli oxucularına təqdim edirik.

Ardını oxu...


 Yadigarın canındakı yorğunluq üz-gözündən aydın sezilirdi. İşdə də yorğun görünürdü. Hətta, iş yoldaşlarıyla nahara belə getmirdi, iştahdan kəsilmişdi, özünə qapanmışdı. Əvəllər işdən sonra adətən, dostlarıyla çayxanaya gedərdi, ordan-bur dan danışar, söhbətləşərdi. Xeyli vaxtdır ki, dostlarıyla görüşə bilmirdi.

Ardını oxu...