Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli Bayramlı şəhərində Səlimovlar ailəsində anadan olub.Şair, esseist, tərcüməçi; şeir və esseləri bir çox dünya dillərinə çevrilib; Prezident təqaüdçüsüdür (2008).

 

Şeir kitabları – «Tənha» (Bakı, 1996), «İyunda oxunan nəğmələr» (İstanbul, Türkiyə, 2006), «Ürək döyüntüsünə ithaf» (Vroslav, Polşa, 2007), «On» / E.Zalla birlikdə (Bakı, 2008), «Küləyə qarşı gedən qadın» / (Təbriz, İran, 2009), «Kapellhausda bir axşam»/ E.Zal və E.Hüseynbəyli ilə birlikdə (Bakı, 2009), «İlyas Göçmənin şəkil dəftəri» (Bakı, 2009), «Maskalı adamların himni» (Kiyev, Ukrayna, 2009), «Qarın şərhi» (Tiflis, Gürcüstan, 2010). Şerləri rus, ingilis, 2007-ci ildə Polşada polyak, özbək, gürcü dillərinə çevrilmiş və çap olunmuşdur.

Onun tərcüməsində B.Pasternak, Z.Herbert, Ç.Miloş, O.Vəli, F.H.Dağlarca və İ.Brodskinin şeir kitabları işıq üzü görüb. "Nar budağı", "Kitab–2003", "Kitab–2004" milli ədəbiyyat mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün müəyyənləşdirdiyi "İlin ən yaxşı tərcüməçisi", İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Türkiyənin məşhur "Sali" art-foto qrupunun mükafatına, Qırğızıstan Qızıl qələm mükafatına və digər ödüllərə layiq görülmüşdür;

Dünya Ədəbiyyatı dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Beynəlxalq Ədəbiyyat Fondunun üzvüdür.Mərkəzi Asiya Pen Təşkilatının üzvüdür.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə