ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI LAUREATLARI
ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI LAUREATLARI
“Ulduz” jurnalı ilə ayb.az saytının birgə layihəsi
İlham ABBASOVun təqdimatında
...Milli azadlıq hərəkatının qaynar çağları idi. Gəncədə yaşayırdım. Gəncə Dövlət Universitetində dərs deyirdim, yazdığım şeirlər ara-bir dövri mətbuatda dərc olunurdu. O zamanlar Musa Urud, Mahir Rəfizadə, Xəzangül, Lətif Zərgər, Fərruxə Pərişan, Səadət Akifqızı, Mustafa Rasimoğlu, Vahid Aslan və “İlham” ədəbi birliyinin digər üzvləri həftədə bir dəfə Alimlər evində toplaşırdıq. Qarabağ savaşında şəhid olmuş şair qardaşımız Nizami Aydın da hələ sağ idi. Axşamlar çayxanaya yığışır, biri-birimizə təzə şeirlərimizi oxuyardıq. Bu günlərdə 75 yaşı tamam olan tanınmış yazıçı-dramaturq Qərib Mehdi də bizim bu xudmani məclislərimizə ağsaqqallıq edərdi.
Nizami Aydın Bakıya gələndə Vaqif Bayatlı ilə, Adil Mirseyidlə görüşərdi. O, Vaqif Bayatlının və Lorkanın şeirlərini çox sevirdi, mənə şeirlərimi Adil Mirseyidə göstərməyi məsləhət bilirdi.
Qoy yeni il nağılları gətirsin! Qoy nağıllar arzuları çin etsin! Amin! Dostluğumda olan hər kəsin bayramını təbrik edirəm. Arzularımız, istəklərimiz reallaşsın, uğurlarımız bol olsun, amin!
Yeni ilimiz mübarək olsun! Yeni ilimiz sevgiylə dolsun! AMİN!