II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Maya" filminin təqdimatı keçirilib. Bu barədə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib. Yay kinotetarı formatında müxtəlif ölkələrin filmləriylə yanaşı "Maya" filmi də nümayiş etdirilib. Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Qeyd edək ki, "Maya" filmi Beynəlxlaq Türk Müəllifləri Birliyinin və "ES Baku"nun maliyyə dəstəyilə 2023-cü ildə çəkilib. Bundan əvvəl "Maya" Nİzami Kino Mərkəzində (iki gün), 7 saylı ASAN Xidmətdə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində nümayiş etdirilib.
Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviçdir. Filmin bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir-Qasımdır.

Filmdə əzablı, iztirablı qadın taleyindən bəhs edilir. Filmin çəkilişləri Ağdam, Bərdə və Sabirabadda gerçəkləşib.


Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə