Orucov Məmməd Kazım oğlu — yazıcı-publisist, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, M.F.Axundov adına mükafatın laureatı.

Ardını oxu...


Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) — Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi (2003), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru.

Ardını oxu...

Kamal Abdulla - (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Filologiyaelmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri.

Ardını oxu...


Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) — şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005).

Ardını oxu...



Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) — Azərbaycanın xalq şairi, ictimai xadim - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

Ardını oxu...


Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

Ardını oxu...



Qulu Ağsəs - 20 aprel 1969-cu ildə Ağdamda doğulub.

“Sənsən hər yer”, "Külək poçtdu", "Nabran novellası" və “Nöqtələr” kitablarının müəllifidir.

Ardını oxu...


Abdullayev Çingiz Akif oğlu — dünya şöhrətli Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru

Ardını oxu...



Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli Bayramlı şəhərində Səlimovlar ailəsində anadan olub.Şair, esseist, tərcüməçi; şeir və esseləri bir çox dünya dillərinə çevrilib; Prezident təqaüdçüsüdür (2008).

Ardını oxu...