Paşayev Mir Cəlal Əli oğlu — yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi (1969), respublika Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948).

Ardını oxu...


Hüseyn Cavid 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Ardını oxu...


Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər.

Ardını oxu...



Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenari müəllifi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

Ardını oxu...


Musayev Qılman İsabala oğlu (Qılman İlkin) Bakının Mərdəkan kəndində, 1914-cü ilin aprelin 11-də anadan olmuşdur. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru (1966-1971) olub.

Ardını oxu...


Süleyman Rəhimov 1900-cü ilin oktyabrında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.

Ardını oxu...


İmamverdiyev Qabil Allahverdi oğlu 1926-ci il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil attestatı alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944-1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975-1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.

Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir

 


İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Ardını oxu...


Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). "Azərbaycan " jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), "Ulduz jurnalının baş redaktoru (1976-1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.

1998-ci il avqustun 17-də vəfat etmişdir.

 




Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqustun 6-da Şəki şəhərində anadan olmuşdur. İlk təhsilini Şəkidə 1 nömrəli məktəbdə almışdır. 1934-cü ildə ailəsi Bakıya köçdüyündən təhsilini 176 nömrəli məktəbdə davam etdirmişdir.

Ardını oxu...