AYB.az saytı xəbər verir ki, oktyabr ayının 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “İRS” komissiyası Güney Azərbaycan ədəbiyyatı komissiyası ilə birlikdə cənublu yazarlardan Əli Tudə, Həmid Məmmədzadə, Haşım Tərlan vəYəhya Şeydanın 90 illik yubileylərini qeyd edib.

 

“İRS” komissiyasının sədri Sona Xəyal giriş sözü söyləyərək, qonaqları salamlayıb və tədbiri aparmaq üçün sözü Güney Azərbaycan komissiyasının sədri Sayman Aruza verib.

Mərasimdə Sona Xəyalın “Müasirlərim” seriyasından Əli Tudənin yubileyinə ithaf olunan “Əli Tudə” (yaradıcılığı əsasında) kitabı da iştirakçılara təqdim olunub. “MBM” nəşriyyatında çap olunan kitabın redaktoru Natiq Cavadzadə, ön sözün müəllifi Sabir Nəbioğludur. Kitabda şairin həyatı, milli azadlıq mübarizəsi, yaradıcılığı haqqında məlumat verilir.

Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sayman Aruz çıxışında yubileyləri keçirilən yazarların həyat və yaradıcılıqları haqqında danışıb: “Əli Tudə, Həmid Məmmədzadə, Haşım Tərlan, Jəhya Şeyda qələmlərini süngüyə çevirərək Azərbaycan Milli Hərəkatının xeyrinə yazılar, şeirlər yazıblar. Onlar bizim ədəbi, mədəni baxımdam varlıqlarımızdır”.

Yubiley mərasimində çıxış edən Esmira Fuad Əli Tudə, Həmid Məmmədzadə, Haşım Tərlan, Yəhya Şeydanın həyatı, yaradıcılıqları haqqında geniş məlumat verib: “Güney ədəbiyyatının Quzeydə tanıdılmasına ehtiyac var. Yubileylərini qeyd etdiyimiz yazarlar Cənubi Azərbaycan milli demokratik ədəbiyyatının tanınmış nümayəndələridilər. Onlar öz əqidələrini, simalarını dəyişməyən yazarlardır. Güney şairlərinin, yazıçılarının yaradıcılıqlarında onların taleləri, məşəqqətli həyatları, vətən həsrəti öz əksini tapıb”.

Tədbirdə Mahizər Mehdibəyli Həmid Məmmədzadənin həm yazıçı, həm də ədəbiyyatşünas kimi yaradıcılığından bəhs edib.

Aytən Quliyeva Yəhya Şeydanın həyatı və vətənpərvərlik poeziyası haqqında iştirakçılara məlumat verib.

Tədbirdə Rövşən Aşiq, Xavər Qəhrəmani, Xətayə Sahabbi, Yədulla Kənani, Şövkət Hicran, Dilşad Cabbarlı, Oqtay Rza, Tariyel Ümid, Güney Azərbaycandan gələn qonaqlar – Hüseyn Şərqi Soytürk, Aqşin

Ağkəmərli və başqaları çıxış edərək yazarların yaradıcılıqları haqqında danışıblar, xatirələrini yad ediblər.

Mərasimdə qiraət ustası Ülkər şairlərin yaradıcılığından bəzi nümunələri oxuyub.

 

Məlahət Qənbərova

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə