Alice Munro (
qızlıq familiyası Laidlaw) ingiliscə yazan Kanada yazıçısıdır. O, 1931-ci il iyulun 10 -da Kanadada, Ontario şəhərində doğulub. Atası Robert Eric Laidlaw tülkü və samur ferması olan fermer olub. Anası Anne Clarke Laidlaw məktəbdə müəllim işləyib. Munro hələ yeniyetmə ikən yazmağa başlayıb, ilk hekayəsi “ Kölgənin ölçüləri” 1950-ci ildə, o hələ qərbi Ontario Universitetinin İngilis dili və jurnalistika fakültəsində oxuyarkən çap edilib. İki il oxuyandan sonra universiteti tərk edir, tələbə yoldaşı olan James Munro ilə ailə qurur. Univermaqda işləyən ərinin işi ilə əlaqədar Dundareve şəhərinə köçürlər. 1963- cü ildə isə Victoriaya köçüb orada
Munro Kitabları- adlı mağaza açırlar. Hazırda həmin mağaza yenə də fəaliyyətdədir. Həmin illərdə o müxtəlif jurnallarda hekayələrini çap etdirir.