“Səhifələr”

Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı seksiyasının qurultayqabağı məruzəsi

Uşaq ədəbiyyatındakı uşaq haqqında

İndi əlimdə 15 vərəq var, son beş ilin günləri vərəqləri qaralayıb ki, üzümüzü ağarda bilsin.  Birinci vərəqdi  bu, birinci səhifə.

Oxuyuram...

1993-cü il.... Bakı məktəblərinin biri... Mənə dərs demək üçün  “8.”a” sinfini verirlər. Qacqın uşaqlarıdı... Jurnanlın sonuncu səhifəsindəki şagirdlər haqqında məlumatı oxumaq mənə maraqlıdı. Oxuyuram. Əksəriyyətinin atası şəhid... Bəzilərinki  işsiz.... Bu, bütöv Azərbaycan cəmiyyətinin şəkli, müharibənin canlı şeiridir. Bu,  öz yerində... Müəllimlərdən  biri mənə deyir,  direktoru vaxtında  görsəydin sənə müstəntiqlərin uşaqları oxuduğu sinfi verərdi.  Bu  söz  8.”a” sinif jurnalının  arxasındakı yazıdan daha ağırdı. Kövrəldim.  “8.”a” sinif jurnalının arxasında yazı” şeirimi yazdim. Bu şeir o vaxt ki, Azərbaycan cəmiyyətinin sifətini çox dəqiq göstərir.

Başqa bir fakt. 80-cı illərin ortalarında dərs dediyim 6-cı sinifə “Haradan başlanır, vətən” mövzusunda inşa yazdırıram. İnşadan “5” alan şagirdim Qarabağ döyüşlərinə fərari olur, “2” qiymət  verdiyim şagird isə qəhrəmanlıq göstərib “Qırmızı Bayraq Ordeni” ilə təltif  edilir.  Səbəbi...? Bilmirəm. Bunları ona görə deyirəm ki, bu iki faktın  bizim uşaq şeirimizə çox böyük dəxli var.

Ardını oxu...