Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.
Bu gün Xocalı soyqırımında 27 il ötür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal ediblər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törədiblər.
Fevralın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində III Milli Birlik və Bərabərlik Simpoziumu keçirilib. Tədbirə Türkdilli ölkələrdən tanınmış elm adamları, alimlər qatılıblar.
İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirlyinin, TİKA-nın təşkilati dəstəyilə Ankara Milli Eğitim Bakanlığı Şura (MEB Şura) salonunda təşkil olunmuş Simpoziumda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un vəzifəli şəxsləri, millət vəkilləri, səfirlər, elm və ədabiyyat adamları daxil olmaqla ümumilikdə 1500 nəfər qonaq iştirak edib.
III Milli Birlik və Bərabərlik Simpoziumunda Azərbaycanı Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan Təmsilçisi şair-jurnalist Xəyal Rza, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov, AYB-nin Moskva bölməsinin sədri, professor Abuzər Bağırov təmsil ediblər.
İLESAM başqanı Mehmet Nuri Parmaksız Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin Türk Dünyası Onur Medalına layiq görüldüyünü elan edib. Mükafat B.Vahabzadənin ailəsini təmsilən İsmayıl Məmmədkərimova təqdim olunub. Professor Abuzər Bağırov Türk dünyasının dəyərli şairi B.Vahabzadə ilə bağlı xatirələrini danışıb, Xalq şairinin yaradıcılığı ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Birinci paneldə AYB-nin Mətbuat xidmətinin rəhbəri X.Rzanın çıxışı bütünlüklə Xocalı soyqırımına, soyqırımın 27-ci il dönümünə həsr olunub. X.Rza o qanlı hadisədən 27 il keçdiyini, lakin hələ də soyqırım cinayətkarlarının azadlıqda gəzdiyini, üstəlik Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistanın bu əməllərinə dünyanın laqeyd yanaşdığını vurğulayıb.
Simpoziumda X.Rzaya Türk Dünyası Onur Medalı təqdim edilib. Bundan başqa, o, İLESAM-ın Beynəlxalq Əlaqələr Bölməsinin rəhbəri seçilib.
Şahanə MÜŞFİQ
Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, publisist, dramaturq və tərcüməçi, "Qobustan" jurnalının baş redaktoru Vaqif Əlixanlının yubileyi - 75 illiyilə bağlı tədbir keçirilib.
Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.
Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında geniş məqalə dərc olunub.
Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı, publisist Zemfira Məhərrəmlinin "Qarabağ müharibəsi: zərif talelər" kitabının təqdimat və imza mərasimi keçirilib.