Kamal Abdulla - (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Filologiyaelmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri.

 

 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.

1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində ( RusiyaTürkiyəPolşaFransaAlmaniyaABŞ) “ümumi dilçilik”, “mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparmışdır. Elmi və publisistik məqalələriAzərbaycanda və ondan kənarda mütəmadi çap olunur.

Dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в азербайджанском языке” (Баку, Элм, 1983) (“Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”), “Azərbaycan dili sintaksisin nəzəri problemləri” (Bakı, Maarif, 1999), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Azərbaycanda rus dili”, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycanca danışaq” (Paris 2008 və Buxarest 2010) kimi kitabları var.

Ədəbiyyatşünaslıq və ədəbi tənqidə dair “Müəllif – əsər – oxucu” (BakıYazıçı1985), “Əvvəl – axır yazılanlar” (BakıYazıçı 1990), “Yolun əvvəli və axırı” (BakıAzərbaycan Dövlət Nəşriyyatı1993), “300 azərbaycanlı” (BakıMütərcim2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.

Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (1991), “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (BakıElm1999), “Mifdən Yazıya – Gizli Dədə Qorqud” adlı kitablar yazıb nəşr etdirmişdir.

“Лекции в Бакинском славянском университете” (Баку, Мутарджим, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.

“Русский язык в Азербайджане” (Баку, Мутарджим, 2005) (“Rus dili Azərbaycanda”) adlı kitabı (prof. İ.Həmidovla birlikdə) rus dilinin Azərbaycanda işlənmə tarixindən, müasir vəziyyətindən, perspektivlərindən bəhs edir.

ABŞ (Kolumbiya UniversitetiHarriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri, Almaniya (Mayns Universiteti), Rusiya (Linqvistik UniversitetPedaqoji UniversitetDilçilik İnstitutu), Türkiyə (Uludağ UniversitetiEge Universiteti...), Polşa (Varşava Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı olmuşdur.

200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

Bədii yaradıcılıqla məşğul olur – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət Azərbaycanrustürk dillərində bir neçə kitabı nəşr olunmuşdur: “Unutmağa kimsə yox” (BakıAzərnəşr1995), “Ruh” (BakıAzərnəşr1997), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara), “Все мои печали» (Ваку-Мутарджим-2009) və s.

O, “Gümüş dövrün sirləri” tərcümələr toplusunun müəllifidir (Bakı, Mütərcim, 2001). “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995) adlı pyeslər kitabında 5 pyesi toplanıb. “Ruh” (BakıAzərnəşr1997), “Все мои печали» (Ваку-Мутарджим-2009) pyeslər kitabında 7 pyesi çap olunub. Kitab Türkiyədə də “Ruh” adı ilə nəşr edilmişdir (Ankara, Basınevi, 2006).

“Qəribədi, deyilmi?!” (BakıBDU-nun mətbəəsi, 1998) kitabında şeirlərinin bir qismi cəmlənib. “Gümüş dövrün sirləri” (Bakı, [[Mütərcim, 2001) adlı kitabında rus poeziyasının gümüş dövr şairlərindən seçmə tərcümələri toplanıb. “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri nəşr edilib.

2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin Sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilmişdir. 2014-cü ilin fevral ayının 28-nə kimi bu vəzifədə çalışmışdır.

1990-cı ildən Azərbaycan Yaradıcılıq Fondunun (keçmiş Azərbaycan Mədəniyyət Fondunun) sədri, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Badminton Federasiyasının prezidentidir. 2010-cu ildən2014-cü ilin mart ayına qədər AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi olmuşdur.

2009-cu ildə həyata keçirilməyə başlamış "Kitabi Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" 10 illik beynəlxalq layihənin (Almaniyanın Mayns Universiteti və Folkenştayn Cəmiyyəti ilə birgə) ideya müəllifi və təşkilatçılarından biridir.

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə