Lahiyəyə əsasən Füzuli, Xocavənd və Beyləqan məktəblərində 22,23,24,25 fevral tarixlərində tədbirlər həyata keçiriləcək. Lahiyədə əsas məqsəd Qarabağın tarixini, ədəbiyyatını, mədəniyyətini bir daha xatırlamaq, yaddaşlarda möhkəmlətmək, Qarabağ lövhələri rəsm və poeziya nümunələri toplamaqla, qəzet və jurnallarda dərc etdirməkdir. Müsabiqədə qalib gələn gənclər, rayon Gənclər və İdman, təhsil həmkarlar təşkilatları tərəfindən fəxri fərmanlar və digər mükafatlarla qiymətləndiriləcək. 26 fevral 2016-cı il tarixdə Beyləqan rayon Mədəniyyət sarayında “Yaddan çıxmaz Qarabağ” lahiyəsinin yekunu - Xocalı soyqrımı xatırlanacaq. AYB-nin Beyləqan bölməsinin şairləri Xocalı haqqında yazmış olduqları şeirləri, Asif Cəfərlinin “Xocalının naləsi bir ananın haqq səsi” kompozisiyası səsləndiriləcək.