22 aprel 2016-cı ildə AYB-nin Beyləqan bölməsinin təşkilatçılığı ilə Beyləqan Tarix Diyarşunaslıq muzeyi və Beyləqan Gənclərinin Maarifləndirilməsi Birliyi yaratmış olduğu “Əsgər poçtu”na məktəblilər tərəfindən göndərilmiş məktubları poçt qutusundan çıxarıldı.
Poçt qutusuna rayonun şəhər və kənd məktəblərindən, uşaq təşkilatlarından mindən artıq məktub toplanmışdır. Fidan balalarımızın yazmış olduqları rəngarəng məktublar, rəngarəng konvertlər, paketlər hər birimizdə bir ruh yüksəkliyi yaratdı. Məktublar hamısı bir yerə toplandıqdan sonra Beyləqan Tarix Diyarşunaslıq muzeyinin direktoru M.İsgəndərova, muzey bələdçiləri, AYB-nin Beyləqan bölmsi üzvləri, Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin üzvləri iştirakı ilə “N” saylı hərbi hissələrə aparıldı. Hərbi hissə komandirləri yüksək ruh yüksəkliyi ilə qarşılandılar və ordumuza mənəvi dəstək olunduğu üçün minnətdarlıqlarını bildirdilər.
AYB-nin Beyləqan bölməsi