27 may 2016-cı il tarixdə saat 16 radələrində rayon mədəniyyət sarayının oxu zalında AYB-nin Beyləqan bölməsinin təşkilatçılığı ilə “Şərqin ilk müstəqil dövləti” Respublika günü qeyd olundu. Tədbirdə rayon İcra Hakimiyyəti nümayəndəliyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi işçiləri, Beyləqan rayon Mədəniyyət Sarayının əməkdaşları, şair və yazıçılar iştirak etdilər. Tədbiri AYB-nin Beyləqan bölməsinin sədri A.Cəfərli açdı və Respublika günü münasibətilə geniş məruzə etdi. Sonra rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gültəkin Məmmədova, əməkdaşlardan Qəmər Fərhadova, Lalə Haciyeva çıxış etdi. AYB-nin üzvü E.İsrafiloğlu 23 aylıq Müstəqilliyimiz dövründə hakimiyyətin apardığı işlər haqqında məlumat verdi. Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru İfrat müəllim Müstəqilliyimizin dövlətimizə, mədəniyyətimizə verdiyi tövhələrdən danışdı. Sonra İcra Hakimiyyətinin nümayəndəsi Azər müəllim ikinci müstəqillik dövründə H.Əliyev dühasından, prezidentimiz İ.Əliyevin apardığı uğurlu siyasətdən danışdı. ATİAHİ-nin Beyləqan komitəsinin sədri Tahir Həsənov müstəqillik dövrü təhsilimizdə olan davamlı inkişafdan danışdı. Şairlərdən E.Kərimoğlu, V.Əhmədbəy, F.Əsəd, Araz Elsevər, Rövşən Budaq müstəqilliyimiz haqqında yazdıqları şeirləri oxudular.
AYB Beyləqan bölməsi