27 may 2016-cı il tarixdə AYB-nin Beyləqan bölməsinin təşkilatçılığı ilə Beyləqan Diyarşunaslıq muzeyinin akt zalında tədbir keçirildi. Tədbirdə Beyləqan Diyarşunaslıq muzeyinin əməkdaşları, şair və yazıçılar, rayon ictimayətinin nümayəndələri və şəhər 4 saylı məktəbin şagird və müəllimləri iştirak etdilər.
İclası giriş sözü ilə muzeyin direktoru Mehriban xanım açdı. O, XX əsrin əvvəllərində Qafqazda olan ictimai-siyasi vəziyyətdən danışdı. Sonra söz AYB-nin Beyləqan bölməsinin sədri Asif Cəfərliyə verildi. A.Cəfərli uzun illərdən sonra Azərbaycanın məhs bu illərdə çiçəklənməsinin azadlıq, müstəqillik ruhundan danışdı. Şərgin ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətindən tarixi faktlarla danışıb misallar gətirdi. Sonra muzeyin əməkdaşları müstəgil dövlətin azadlıq bəyannaməsi haqqında məlumat verdi. Muzeyin əməkdaşı Müstəgil dövlətin ordu quruculuğu haqqında məlumat verdi. AYB-nin üzvü E.İsrafiloğlu müstəqillik dövründə Mədəniyyətimizin, təhsilimizin, iqtisadiyyatımızın inkişafı və yolları haqqında məlumat verdi. Sonra AYB-nin üzvü Fazil Əsəd Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti haqqında geniş məlumat verdi. Şairlərdən Feyruz Hilaloğlu, Ağa Savalan, Rövşən Budaq Allahverdi Kərimoğlu, Tahir Həsənov, Mirvari Qarabağlı və başqa şair və yazıçılarımız Müstəqil Respublikamızın gündən günə çiçəklənməsini qeyd etdilər, Müstəqilliyimizin əbədi olmasını arzuladılar. Çıxışlardan sonra şəhər 4 nömrəli məktəbin şagirdlərinin hazırladıqları müstəqilliyi haqqında kompozisiyalar, şeirlər səsləndirdilər. Məktəblilərin xor qrupunun hazırladıqları mahnılar ürəkləri fəth etdi. 4 nömrəli məktəbin şagirdlərindən yüksək zövq ilə hazırladıqları kompozisiyalara görə mükafatlandırıldı.
AYB Beyləqan bölməsi