18 noyabr 2016-cı il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan Mədəniyyət və Turizm şöbəsinin və Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə şairə Lalə Osmanqızının “Qar çiçəyi” adlı ədəbi-bədii kompazisiyalı yaradıcılıq tədbiri keşirildi. Tədbirdə Beyləqan Mədəniyyət Mərkəzinin işçiləri, AYB-nin Beyləan Bölməsinin üzvləri, sənədçilər və bir çox ziyalılar iştirak etdilər.
Tədbir rəqs müəllimi Bayramlı Ayşənin və Beyləqan rayon 4 nömrəli məktəbin şagirdi Vəlizadə Nəzrinin müxtəlif rəqs ifaları ilə başladı.
Beyləqan xalq teatrının aparıcı aktyorları Nazim Çırağın və Müseyib İsmayılovun hazırladıqları səhnəcik tədbir iştirakçılarının alqışlarına səbəb oldu.
Xalq teatrının aktrisası Yeganə Məmmədovanın, məktəbli Əkrəm Haciyevin ifalarında Lalə Osmanqızının şeirləri poeziya sevərlərin zövgünü oxşadı.
Beyləqan Peşə məktəbinin tələbələri Niyaməddinin və Nərminin ifasında L.Osmanqızının əsərindən səhnəcik təqdim olundu.
Sonra Mədəniyyət Mərkəzinn direktoru İxtiyar Məmmədli, “N” saylı hərbi hissənin şəxsi heyətinin rəisi mayor İlham Cavadov, AYB-nin beyləqan Bölməsinin sədri Asif Cəfərli, AYB-nin Beyləqan Bölməsinin üzvləri Elman İsrafiloğlu, Rövşən Budaq, Ağa Savalan, Feyruz Hilaloğlu, Mehman Əliyev, Arif Həsənli, Elnur Qarabağlı, aktyorlar Nazim Çıraq, Müseyib İsmayılov, operator Füzuli Həsənov Lalə Osmanqızına yaradıcılıq uğurları arzuladılar.
Sonda Lalə Osmanqızı yazdığı yeni şeirlərini söylədi, bütün tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Daha sonra xatirə şəkili çəkildi.
AYB.az