Aprel ayının 11-də Moskva Mərkəzi Ədiblər evində azərbaycanlı yazarların növbəti toplantısı oldu.

 

Moskva şəhərində yaşayan yazarlarımızın, Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin üzvlərinin, vəədəbiyyatşünasların iştirak etdiyi bu toplantıda bir çox mühüm məsələlər müzakirə edildi.

 

İclası Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü şair Nəsib Nəbioğlu açdı.O, hər kəsi salamlayaraq, martın 25-də Rusiyanın ən ünlü ədəbi qəzeti - “Literaturnaya qazeta”da şeirləri dərc olunan şairləri bu böyük uğur münasibətilə təbrik etdi və sözü Moskva Beynəlxalq Əlaqələr universitetinin professoru, yazıçı, ədəbiyyatşünasalim Abuzər Bağırova verdi.

 

Abuzər Bağırov “Literaturnaya qazeta”da dərc olunan şairləri: Alla Axundova, İzümrüd Quliyeva,Nəsib Nəbioğlu, Tofiq Məlikli, İlham Bədəlbəyli, Sultan Mərzili, Əşrəf Hüseynli, Əliş Əvəz, Maya Bədəlbəyli, Afaq Şıxlı, Leyla Şəkili, Nilufər Şıxlı, Abbas Alıyev,Yaşar Süleymanlı, Valeh Saleh və digərlərini Moskva ədəbi mühitindəki bu böyük uğur münasibətilə təbrik etdi. “Şeirləri dərc olunan bütün şairləri ürəkdən təbrik edirəm! Unutmayaq ki, bizim – Azərbaycandan uzaqlarda yaşayan ziyalıların əldə etdiyi hər bir nailiyyət Vətən naminədir.  Qəzetdə 21 azərbaycanlı şairin əsərləri nümayiş etdirilib. Onlardan bir neçəsiaramızda olmasa da, bu dəyərli soydaşlarımızın ruhunu şad etmək borcumuzdu. Allah rəhmət eləsin! Eləcə də, şeir səhifələrini öz rəsmlərilə bəzəyən Maya Bədəlbəyliyə dəminnətdarlığımı bildirirəm!”

 “Turan inciləri” başlığı altında verilmiş bu şeir çələnginin ön söz müəllifi professor Abuzər Bağırov qeyd etdi ki, Rusiyada yaşayan xalqlar arasında Azərbaycan xalqı yeganədir ki, təkcə Moskva şəhərində 21nəfər şairi və yazıçısı vardır. “Bizim şeirlər toplusu “Literaturnaya qazeta”nın əməkaşları tərəfindən böyük rəğbətlə qarşılandı. Bu, Rusiya ədəbi mühitində gələcəkdə davam edəcək uğurlarımıza bir təkandır. Azərbaycanın folklorundan başlamış müasir ədəbiyyatınadək, hər rübdə bir dəfə bu qəzetdə yayımlanacaq. Və eləcə də, sevindiricidir ki, yaxın zamanlarda, yazarlarımızın şeirlərindən ibarət “Moskvalı Azərbaycan şairləri” kitabını darus dilli oxucularımızatəqdim edəcəyik”.

 

Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin sədri Vasif Məmmədov cənabları şairləri təbrik edərkən öz sevincini gizlətmədi:“Literaturnaya qazeta”da dərc olunanşairlərin səkkiz nəfəri bizim cəmiyyətin üzvüdür. Onların bu uğuruna ürəkdən sevinir, hər birinə, xüsusən də gənc yazarlara gələcəkdə daha böyük müvəffəqiyyətlər arzu edirəm!”

 

Şair Nəsib Nəbioğlu,şeirləri azərbaycan dilindən rus dilinə çevirən bütün tərcüməçilərə, ələlxüsus da gənc qızlarımıza: şair-tərcüməçi Leyla Şəkiliyə və jurnalist, şair, tərcüməçi Nilufər Şıxlıya öz dərin minnətdarlığını bildirdi: “May ayında Azərbaycan yazarlar birliyinin sədri xalq yazıçısı hörmətli Anar müəllim Moskvaya səfər edəcəkdir. Məncə, yazarlarımızın və gənc tərcüməçilərimizin bu müvəffəqiyyətli işi onun gəlişinə ən yaxşı hədiyyədir!”

 

İclasda şair Sultan Mərzili, Əşrəf Hüseynli, Afaq Şıxlı, Yaşar Süleymanlı, Abbas Alıyev çıxış edərək,Rusiyada Ədəbiyyat ili kimi qeyd olunan 2015-ci ilin onlar üçün də müvəffəqiyyətli olduğunu qeyd etdilər. Müxtəlif maraqlı təkliflər irəli sürən yazarlar, bu vaxta kimi hələ Azərbaycan Yazarlar birliyinin Moskva bölməsinin öz qərargahının olmamasından narahat olduqlarını bildirdilər.Onlar, bu yöndə bir işlər görülməsinin çox vacib olduğunu söylədilər.

 

Moskva

2015
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə