Fevaralın 18 -də Qazaxda Ədəbiyyat Muzeyində AYB Qazax bölməsinin təşkilatçılğı və rayon İcra Hakimiyyətinin dəstəyilə xalq şairi, görkəmli ictimai-siyasi xadim Vaqif Səmədoğlunun anım günü keçirilib.
Tədbir şair haqqında hazırlanmış vidioçarxın nümayiş etdirilməsi ilə başlayıb.. Daha sonra Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında ölməz sənətkarın şeirləri səsləndirilib. Şairin sözlərinə yazılmış mahnılar oxunub. Sonda AYB Qazax bölməsinin rəhbəri Barat Vüsal, rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Gülayə Həsənova, şairlərdən Saqif Qaratorpaq və Taleh Mansur çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Vaqif Səmədoğlu ölümə də həyat kimi baxan sənətkar idi. AYB sədri Anar onun şeirlərini haqlı olaraq, Allahla söhbət adlandırmışdır. Doğrudan da V. Səmədoğlu insanı Allaha, Allahı insana yaxınlaşdıran bir şairdir. Onun bütün şeirlərində qapı var. Günəşə açılan qapı, həyata, ölümə, insana, nəhayət, Allaha açılan qapı... O, bu qapılardan girərək yenə də Allahdan, insandan, günəşdən, həyatdan, ölümdən- bütövlükdə əbədi ömürdən yazmağa getdi.
TALEH MANSUR