Martın 4-də, saat 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi tərəfindən xeyriyyə tədbiri keçiriləcək.  “Bir yumruq, bir ürək, bir can” adlı poeziya axşamında tanınmış şairlərin öz ifalarında şeirləri səsləndiriləcək. Tədbirdə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən əziyyət  çəkən insanlar üçün vəsait toplanılacaq. Əldə edilmiş vəsait yardım fondlarından birinə köçürüləcək. Bütün üzvlərimizi, qələm dostlarımızı, şeirsevər, xeyirsevər vətəndaşlarımızı tədbirdə iştirak etməyə dəvət edirik.

 

Azərbaycan Yazıçılar Birliyi

Mətbuat xidməti 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə