Az əvvəl yazıçının «ATV Kitab» layihəsində romanı nəşr olunmuşdu

 

Son 100 il İran ədəbiyyatının 10 ən sevilən yazıçılarından biri hesab olunan Mustafa Məsturun əsərləri 20-dən çox dilə tərcümə edilib. Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri "Tanrının ay üzündən öp" romanıdır. Roman nəşr olunduğu gündən oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olmuşdur. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş əsər müəllifə "Qolden pen" mükafatı qazandırmışdır.

Mustafa Məsturun "Tanrının ay üzündən öp" romanı ATV kanalı və "Parlaq İmzalar" Nəşriyyatının ortaq layihəsi çərçivəsində yay aylarında işıq üzü görmüş və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Bu münasibətlə müəllif ölkəmizə dəvət olunub. Noyabr ayının 22-də, saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mustafa Məsturla görüş baş tutacaq; tədbirdə yazıçının "Qloballaşma dövründə ədəbiyyat" mövzusunda mühazirəsi olacaq, həmçinin yazıçı iştirakçıların suallarına cavab verəcək. Sonda isə “Tanrının ay üzündən öp” romanının imza mərasimi olacaq. Kitabı tədbirdə əldə etmək imkanı olacaq.

Tədbirə  Mədəniyyət və Turizm Nazirliyi, ATV Kanalı, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Parlaq İmzalar Nəşriyyatı və  AMEA Mərkəzi Elmi Kitabxanası dəstək veriblər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə