Xastu Lalə Abdulla qızı uzun müddətdir ki,kəskin leykoz ( qan xəstəliyi ) xəstəliyindən əziyyət çəkir. Bir xeyli müddət bu xəstəlik ilə bağlı müalicələr alıb.
O, hal-hazırda Bakı şəhəri, Mərkəzi Kliniki Xəstəxananın transplantasiya şöbəsində müalicə olunur.
Ailə birinci müalicə vaxtı 13.000 ( on üç min ) AZN-dən yuxarı pul xərcləyıb. Hal-hazırda müalicəsinin davamı üçün maddi yardıma ehtiyacı var. Kimya-terapiyadan sonra müalicəsi davam edir və İndiyə qədər iki dəfə ximiya-terapiya olunub.27 may 2014-cü il tarixdə üçüncü dəfə terapiya olunacaq.Həkimlərin verdiyi məlumata görə,üçüncü terapiyadan sonra yaşamaq faizi 100-də 100 olsa da,vəziyyəti gərginləşdirən bir durum var.27 maydan sonra,dördüncü terapiyaya 40 gün vaxt var.Bu 40 gün ərzində Lalə üçün donor tapılıb,ilik nəqli əməliyyatı olunmazsa,dördüncü terapiyadan sonra yaşamaq faizi cəmisi 100-də 5 olacaq...İlik nəqli əməliyyatının Türkiyədə aparılması üçün 100.000 AZN,əməliyyatdan sonrakı bərpa prosesinin yekunlaşdırılması üçün 100.000 AZN,toplamda 200.000 AZN vəsait tələb olunur.

Həyat qəribədir və möcüzələrlə doludur.Heç kim xəstəliklərdən, dərddən-bəladan sığortalanmayıb, başımıza gələnlərdən xəbərsizik.Gəlin bir-birimizə qarşı biganə, laqeyd olmayaq. Həyatın hələ astanasında olan 27 yaşlı Laləni xəstəliyi ilə tək qoymayıb, hər birimiz gücümüz çatdığı qədər ona destek olaq ...
Əlaqə tel:
Cavid ; 055-653-31-65
Turab :055-519-61-18

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə