AzVision.az xəbər verir ki, bu gün Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib.
Prezident İlham Əliyev və Mehriban Əliyeva əvvəlcə tibb məntəqəsinə baxdılar.
Sonra dövlətimizin başçısı və xanımı mərkəzdə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış şəraitlə, habelə idman zalı ilə tanış oldular.
Mərkəzlə tanışlıqdan sonra prezident və xanımı sağlamlıq imkanları məhdud gənclərlə görüşdülər.