Xırman üstü dən olur,

Çox gəlib-gedən olur,

Fələkdə nə qaydadı,

Zülm üstən sitəm olur?

 

***

Sovrulduq saman kimi,

Qovrulduq şaman kimi,

Sellər, sular çağlayır,

Gözümü yuman kimi1

***

Əzizim yada qaldı,

Ya qırğın, ya da qaldı!

Şəhid oldu Xocalım,

Torpağım yada qaldı!

***

Fələk yolu bağladı,

Didəm qanlar ağladı!

Əsir düşdü millətim,

Ürəyimi dağladı!

***

Əzizim, yada düşdü,

Qəlbimə qada düşdü!

90-cı qırğında,

18 yada düşdü!

***

Əzizim, od tutubdur,

Od yanıb, od tutubdur,

Qırılıb xocalılar,

Torpağı yad tutubdur!

***

Əzizinəm, güc gəldi,

Yağı mənə güc gəldi,

Talandı mərd Xocalım,

92-im kəc gəldi!

***

Əzizim, damsız qaldıq,

Binəsiz, damsız qaldıq,

Özgəyə ümid olduq,

Piltəsiz, şamsız qaldıq!

***

Atım var, yüyənim yox,

Qapım var, döyənim yox!

Ədalətim tapdanır,

Haqqımı deyənim yox!

***

Mən aşiq belə qalmaz!

Su çağlar selə qalmaz!

Bir gün yenilər düşmən,

Qisasım belə qalmaz!Bayatılar

 ***
Əzizinəm, güc gəldi,

Yağı mənə güc gəldi,

Talandı mərd Xocalım,

92-im kəc gəldi!

***

Əzizim, damsız qaldıq,

Binəsiz, damsız qaldıq,

Özgəyə ümid olduq,

Piltəsiz, şamsız qaldıq!

***

Atım var, yüyənim yox,

Qapım var, döyənim yox!

Ədalətim tapdanır,

Haqqımı deyənim yox!

***

Mən aşiq belə qalmaz!

Su çağlar selə qalmaz!

Bir gün yenilər düşmən,

Qisasım belə qalmaz!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə