AYB.az saytı Təbrizli şair Çalğın Məhəmmədin şeirləini təqdim edir .

Bu damdaş sənin
Başmaqlarını çıxart lütfən
Köynəyinin düymələrini aç işiqlansın ev
Darıxarsan
Pəncərədən dişarı boylan
Boylan ofuqlara sarı
Boylan günəşə sarı
Birçəyini aşırıb sol gözünün üstünə sər
İstərsən fotuqırafını çəkdir eyvanda
Xəyalınnan keçən quzarələri duvarlara yaz
Yaz darıxmalarının rəngindən
İstərsən
Şair ola bilərsən burda
Məsələn
Saatlarını günəşə vam ver
Məsələn
Bu damdaşın həndəvərində çiçək ək
Ama getmə
Mən ölüm
Getmə

 

Mən də evlənəcəydim
Mən də evimdə olacaydım
Mənim də uşaqlarım olacaydılar
Mən də çörək alacaydım evimə
Mən də ət alacaydım
Yumurta alacaydım
Süt alacaydım
Mən də sevgilimə hədyələr bəyənmişdim
Ətləsdən köynək sevmişdim yaxasında gül
Telayı yaylıq
Narıncı başmaq
Alacaydım
Məni yoxsulluq adında oynaşım gözdən salmasaydır

 

Azərbaycan qadınlarına ithaf olur bu şeir

Gülməyim gəlir
Fantezi kişilərə
Boyaxanaların iti rənglərini
Qızıl bazarının sarı şinliyini
Şəhərin qalabalığlığını
Düşüncələri anatomularınnan küsən kişilər sürüyüllər xiyabanlarda
Kimsəni görmüllər
Kölgələrinnən başqa
Hər addım götürdükcəvitrinlərin şüşələrində
Kölgələrinnən yeriyillər çiyin bə çiyin
Nə xiyaban qırağında
Saqqızların oğurladan sinələri dirçəlməmiş saqqız satan qızları görüllər
Nədə şəhərin üstünə qara gəc çəkən bulutları
Kimsə əllərini ovuşdurmayır sankı
Xiyabanlarda,darıxmalarınnan danışmayır kimsa
Kimsəni maşın vurmur
Kimsə ağrımır
Kimsə ağlamır
Yanı
Aşiqdə deyil kimsə
Yalnız düşüncələri anatomularınnan küsən kişilər çiçək göndərillər irancel cənablarınnan sevgililərinə
Gülməyim gəlir
Fantezi kişilərə
Xoyabanların suyu boşluğunu
Düşüncələri anatomularınnan küsən kişilər sürüyüllər şəhərlərdə
Fikirlərin
Yanı
Düşüncələrin üstünə tapança çəkən ağa polislər
Tapançalarını bu kişilərin üstünə çəkmillər
Başmaqlarının ağlığını qu quşlarınnan vam götürüllər fantezi kişilər
Fantezi kişilərin gözləri dəniz rəngində olmasada
Baxışlarını dənizin dalğalarınnan borc alıllar
Kölgələrinin üstünə pıçaq çəkillər gün uzananda
Kimsəni bəyənmillər fantezi kişilər
Özlərinnən başqa
Sözlərinnən başqa
Yanı
Şeirciklərinnən başqa
Hal bu kı
Bizim xanımlar
O qədər ucadılarkı
Başları bulutlara söykənər şəsti duranda
Dodaqlarını açallarsa
Canınnan keçərsən
Gözlərinə baxarsan
Əlində alma doğrasan barmaqlarını biçərsən
Bizim xanımlar
Başları bulutlara söykənən xanımlar
Gözlərimə baxıllar
İşiqlanıram
İşiqlanır gözlərimdə yaşam
Yeriyirlər zərratlar
Xanımlarda hərəkət var
Çaylar kimi axıllar
Həyata umid pəncərəsinnən baxillar
Bizim xanımlar
Yatmıllar
Gecələri boğullar
Xanımlar doğullar
Xanımlar,xiyabanlarda meydanlarda
Xanımlar ekranlarda
Xanımlar şeir yazıllar
O qədər gözəldirki
Oxuyarsan
Toxtarsan

 

Kainatda təkrar yox
nə yağış həmən yağışdır,
nə bulud həmən bulud
nə gündüzlər təkrarlanır
nə gecələr,
nə sən həmən sənsən,
nə mən həmən mən
Kainatda təkrar yox…
iki kəpənək bir birine oxşamır
iki çiçək də
əllərin ardımca su səpən əllərin deyil
sularda sən səpən suya benzəmir
günlərdə də təkrar yox
bu gün gözlərinin maviliyini qorusan da
baxışlarln dünənki baxişlar deyil
dünən yuxularimi küçənizdə qaçirtsam da
bu gün yorğanimi başima çəkib yatiram.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə