Gecə düşüncəsi
Düşünürsən gecələr,
Soyuğu,
yalnızlığı
Pəncərədən içəri,
Dolur gecə sazağı.
Yalnızlıq içindəsən
Narahat çarpayıda,
Qıvrılır sakit bədən.
Dəli bir düşüncə var,
Ürəyinin içində.
İllərdi gələn nəfəs,
dolaşırmı köksündə?
Axı bu itən nəfəs
Hara gedir görəsən?
Gecə pozur sükutu,
O danışır deyəsən:
“Bax səmaya, dolanır,
Yerdə, göydə fırlanır.
Ürək durmur yerində,
O dayanmır, çırpınır.
Gözlər dikilib yola,
Kimi isə gözləyir.
Yola baxırsa gözlər
Bəs niyə kədərlidir?
Yetdi zaman bu anda,
Qaraltı var, uzaqda.
Bu son nəfəs, bu son söz:
“Nə gördüm ki, həyatda?”
Sənsizliyi təsvir etmək..........
Sənsizliyi təsvir etmək....
Çox çətindir.
Dözülməz bir ağrıdır o.
İşıq yoxdur, qaranlıqdır.
Küləklər də, sazaqlıdır.
Çox acıdır...
Sənsizliyi təsvir etmək....
Əlacsız bir dərd kimidir,
Daldalanmış ər kimidir.
Tapdalanmış mərd kimidir
Sənsizliyi təsvir etmək...
Acılarla qıvranmaqdır,
Acı həsrəti dadmaqdır.
Acını məlhəm sanmaqdır
Sənsizliyi təsvir etmək....
Bütün naləm, ah-fəryadım,
Dərdlə açılan sabahım.
Bu dərdi mən necə yazım?
Sənsən ən böyük günahım...
Məlhəm....
Gizlənərəm, özümdən,
Həyatımdan, küsərəm
Unudaram keçmişi,
Mən təzədən, sevərəm.
Qoşulub,buludlara,
Yağış olub,yağaram.
Çəkilib, ulduzlara,
Sənə göydən, baxaram.
Açdığın, yaralara,
Məlhəm tapıb, sürərəm.
Sən çıxanda, yoluma,
Nə bir salam, alaram,
Nə bir salam, verərəm....