Mən azad olmaram bu gen çöllərdə,
Mənim qardaşlarım azad olmasa.
Mən azad gəzmərəm Göy Səma altda,
Türk oğlu, obası azad olamasa!
Sevinə bilmərəm, sən qəmli olasan,
Eheyyy Türk obası, türkün balası.
Parçalara bölünməz, biləyimiz əyilməz,
Sayılan əllərimiz yumruq olub birləşə.
Yaddan imdad istəməz, yada könlünü verməz,
Torpağımız, yurdumuz, əllərimiz birləşsə.
Türkün dərdin söylə bir, türkdən başqa kim anlar?
Dünyanın həm dünəni,
Həm bu günü , sabahı,
Görünən uzaqlarım--
Türklərindi hər yanı!
Bir Allaha sığınan Tanrısı , Göy Börüsü,
Türkün alın yazısı
Belə yazdı Göy Tanrı:
Mən türküyəm Turanın,
Qazaxıyam səhranın.
Qartal tək şahə qalxan
Özbəyiyəm dağların.
Tataram at belində,
Qırğızam göz muncuğu,
Tanrı dağ ətəyində.
Başkurtam baş elimdə,
Türkmən qılınc əlimdə.
Noğayam bərəkətəm,
Adımla hərəkətəm!
Yakutam saxalarda
Almazım, yaqutumla,
Sevgili Azərbaycan!!!
Biz qardaşlar hamımız
Bir bayrağın ətrafında
Yanında dayanmışıq!
Ey insanlıq , ey bəşər,
Ədalət qara geyər
Ər Türk olmasa əgər!
Biz yaxşıyla yaxşıyıq,
Yamanla da yamanıq!
Düşmən görsək qamçıyıq,
Məzluma arxayıq biz.
Ey Trük oğlu, ey Turan
Şahə qaldır atları,
Dırnaqları çatlatsın laləli səhraları.
Azərbaycan toy edir, toyuna gedək gərək.
Onun zəfər badəsin birlikdə içək gərək!
Yeni Günəş parlayır Turanın üfüqündə,
Bütün dünya bürünsün türkün al şəfəqinə!!!
Qazax dilindən çevirdi: Aida Eyvazlı GÖYTÜRK