Bu Zəfər türk əzmi, türk qərarlığı,

Tarixin möhtəşəm qələbəsidir!

Haqqın, ədalətin bərqərarlığı,

 Heydər arzusunun təntənəsidir!

 

Zəfər - bayrağımız, bayraqdarımız,

Zəfər - azad olan torpaqlarımız,

Zəfər - baş tacımız, şah vüqarımız,

Qəzəbin vulkantək püskürməsidir!

 

Səbrin tükəndiyi sonuncu anda,

Zəfər qazanmaqçün hərb meydanında,

Böyüklü-kiçikli Vətən uğrunda

 Xalqın yumruq kimi birləşməsidir!

 

Bu Zəfər bu gün də zaman, məkanın,

 Qisasın, qeyrətin, şərəfin, şanın,

Ordusuyla Ali Baş Komandanın

 Şəri məğlub etmək nümunəsidir!

 

Düşmən də tanındı, dost da tanındı,

Etibar, sədaqət, inam sınandı,

Sönmüş ocaqların çırağı yandı!

Zəfər namərdlərə ibrət dərsidir!

 

 Zəfər and yerimiz - şəhid zirvəsi,

Oyanmış ruhların coşan nərəsi,

Göy Türk yürüşünün hayqıran səsi,

Bu Zəfər Turanın bir müjdəsidir!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə