Mahnı o mahnıdır, dağlar o daglar,
Bəs hanı Şahnazın şaqraq gülüşü?
Hardasa bir qərib ovçu da aglar,
Onun bu daglarda daha nə işi?

Burda məskən salıb körpüsalanlar,
Hərəni bu yerə tale gətirib.
Ö gözəl sevgini qınamasınlar,
Neyləsin Səriyyə, neyləsin Qərib?

Hərdən yolum düşər Söyüdlü arxdan,
Ah çəkib gizlicə köks ötürərəm.
Muradım gözümdə qalıbdı çoxdan,
Nuriyyə də bəlkə elə  özüməm?

İlahi, budurmu  mənim günahım?
Nargilə tək mən də aşiqəm ona.
Ustad, öyrət mənə necə inanım
Cəhənnəmdə vüsal olacagına?

Mənim məhəbbətim boy çiçəyidir,
Nə şaxta, nə sazaq onu qurutmaz!
İnan ki, məhv olmuş  gündəliklərdir,
Sevən sevdiyini heç vaxt unutmaz!

Qaçıb bu şəhərdən günün birində
Dağlar arxasında üç dost taparam.
Qaygısına qalıb Səlimənin də
Ona bacı kimi həyan olaram.

Xoşbəxt dogulmuşam mən ki anadan,
Bahar suları tək qəlbim təmizdir.
Aglama, nə olar, qəribə oglan,
Bu- bizim qəribə taleyimizdir.

Elə darıxarsan mənimçün, elə
Hər yerdə axtarar məni gözlərin.
Kənddən məktublar da yazaram sənə
Yazaram, qəlbini sıxma, əzizim.

Sən də daglara gəl, qalxaq zirvəyə,
Bəlkə o yerlərdə nicat taparsan.
Sən Allah, yazıqsan, baxma geriyə,
Qorxuram vaxtından tez qocalarsan.

Qarlı gədikləri aşarıq qoşa,
Qış bitər, tez gələr o zaman  yay da.
Beləcə bir ömür yaşarıq qoşa
Sevgidən hörülmüş büllur sarayda.

Canımı alsınlar inan razıyam
Haqqımı almasın namərdin biri.
Nə hökmdar qızı,nə xan qızıyam
Tərlanəyəm, sanma Natəvan məni.

 Mən ki zalımlardan ummadım imdad
 Sevdim sənətini aglım kəsəni.
 Həmişə mənimləsən, ey böyük ustad!
 Unuda bilmirəm, bilmirəm  səni!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə