İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibəti ilə respublikanın avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi artacaq. Bununla əlaqədar BDYPİ sürücüləri nəqliyyat vasitələrini minimum surətlə idarə etməyə, sərxoş halda sükan arxasında əyləşməməyə çağırıb.
K. Əliyev, həmçinin qeyd edib ki, dekabr ayının 31-dən yanvarın 7-dək yol polisi gücləndirilmiş iş rejimində işləyəcək.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə