“İndi lap azca da olsa babatam. Doktor Türkiyədən dərmanlar gətizdirib. Onlardan istifadə edəndən sonra ayağımdakı giziltilər azalıb”. Bunu Modern.az-a açıqlamasında 87 yaşlı xalq şairi Söhrab Tahir bildirib.

Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən şairin elə bu səbəbdən ötən ilin yayında hətta iki ayaq barmağı da kəsilib. Bu səbəbdən xalq şairinin hərəkət etməsində problem yaranıb.

Modern.az qocaman şairin səhhəti ilə maraqlanıb. Təşəkkürünü bildirən S. Tahir azacıq yaxşılaşdığını vurğuladı: “Sağ olun ki, məni yad edir, diqqətdə saxlayırsız. Ötən il təəssüf olsun ki, çox xəstə oldum, əməliyyat keçirdim. İndi bir az babatam”.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə