Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türkoloq-alim, ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə xalq yazıçısı Anar, millət vəkili Aqil Abbas, Rəşad Məcid, Arif Əmrahoğlu, Ramiz Rövşən, Çingiz Əlioğlu, Səyyad Aran, Oqtay Rza, Vaqif Yusifli, Vaqif Bəhmənli, İntiqam Qasımzadə və başqa tanınmış ziyalılar iştirak ediblər. İlk olaraq Rəşad Məcid tədbiri açıq elan edərək Aydın Məmmədovla bağlı xatirələrini danışıb. Sonra xalq yazıçısı Anar Aydın Məmmədovla bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb. “Yazıçılar Birliyinin təklifi ilə yaradılan Tərcümə Mərkəzinin rəhbərliyinə Aydın Məmmədovu təyin etdik. O, bunu heç vaxt unutmurdu. Yazıçılar Birliyi ilə münasibətlərinə həmişə diqqətlə yanaşırdı. Mən Türkiyədə olarkən Aydının vəfatını eşitdim. Gələndən sonra Şəkiyə onun qəbrini ziyarətə getdik” deyə Anar bildirib. Daha sonra Arif Əmrahoğlu Aydın Məmmədovla bağlı maraqlı hadisələri danışıb. Sonra Ramiz Rövşən çıxışıb edib və çıxışının sonunda Aydın Məmmədova həsr etdiyi “Tabut” şeirini oxuyub. Tədbirdə çıxış edən digər ziyalılar da Aydın Məmmədovun Azərbaycan üçün önəmli bir şəxsiyyət olduğunu vurğulayıblar.

Tədbirdə Aydın Məmmədovun nəvələri də iştirak edib.

Ayb.az








Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə