Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdan (BŞTTTYS) AzVision.az-a verilən məlumata görə, müğənni epilepsiyadan (sudurğa) vəfat edib. Təcili yardım həkimləri evə çatanda yəni saat 11:03-də artıq o keçinib. Təcili tibbi yardımdan verilən məlumata görə, müğənni təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub
1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
Məhəbbət Kazımov"Laçın" instirumental ansambılının rəhbəri olub. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır.
qafqazinfo.az
Allah rəhmət etsin!