Serbiya Respublikasının Yazıçılar İttifaqının sədr müavini səfirimizlə görüşündə ölkəmizlə bağlı yüksək fikirlər səsləndirib

 

 Serbiya Yazıçılar İttifaqının sədr müavini Militsa Yeftimiyeviç Liliçin Serbiyadakı səfirimiz Eldar Həsənovla görüşü olub. 13 yanvar tarixində baş tutan görüşdə canab səfir Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın Serbiyaya dəvət edilməsi, yüksək səviyyədə qarşılanması, ona Serbiya Yazıçılar İttifaqının fəxri üzvü vəsiqəsi verilməsinə görə təşəkkürünü bildirib. Azərbaycan və Serbiya yazıçılar birlikləri arasında imazalanmış əməkdaşlıq haqqında protokolun ədəbiyyat sahəsində əməkdaşlığın rəsmi səviyyədə daha da genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan cənab səfir, öz növbəsində təqdim etdikləri əməkdaşlıq təkliflərinə görə xanım M.Y.Liliçə minnətdarlığını bildirmişdir.

M.Yeftimiyeviç Liliç Serbiya ilə Azərbaycan arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiklərini vurğulayaraq, dövlətimizin Serbiyada həyata keçirdiyi müxtəlif humanitar, investisiya və infrastruktur layihələrinə görə Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin minnətdarlığını ifadə etmişdir. Xanım Liliç 2013-cü ilin sentyabr ayında keçirilmiş Yazıçıların 50-ci Belqrad Beynəlxalq Qurultayında iştirak edən 30-dan çox ölkənin ədiblərini əziz qonaq kimi qəbul etdiklərini, bununla bərabər Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı həmin yubiley qurultayının ən dəyərli qonağı hesab etdiklərini bildirmişdir.

Görüşdə Serbiya Yazıçılar Birliyi ilə səfirliyimiz arasında əməkdaşlığın genişləndirilməsi və birgə tədbirlərin keçirilməsinə dair təkliflər müzakirə olunmuşdur.

AYB Mətbuat Xidməti



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə