Bakı, 19 fevral (AzərTAc). Martın 7-dən 9-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının (BGİ) təşkilatçılğı ilə Gənc Şairələrin II Beynəlxalq Forumu keçiriləcəkdir.
Forumda iştirak edəcək 30 ölkə üzrə gənc şairələrin seçimi yekunlaşmışdır. Türkiyə, Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edəcək gənc şairələr də Foruma qatılacaqlar.
Xatirladaq ki, “Böyük İpək Yolu” BGİ 2013-cü ildə Bakıda gənc şairələrin birinci Beynəlxalq Forumunu təşkil etmişdi. Böyük maraq və rezonansa səbəb olmuş Forumda Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şair iştirak etmişdi.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “ən yaxşı layihə” mükafatınna layiq görülmüşdü.
Zarangiz Mansurova