Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da saat 13-00-da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Sahil Bağında ( «Sahil» metrosunun yaxınlığı ) «Qanlı gəlincik-13 dəqiqə» fləşmobu keçiriləcək.

 

Flaşmobun keçirildiyi zaman ərzində Gənclər Şurasının üzvləri 13 dəqiqə ərzində övladını itirmiş Xocalı qadınını təmsil edən, qolları üzərində qanlı gəlincik durmuş qadının yanında susaraq dayanacaqlar.

Deyilən tarixdə hər kəsi Xocalıda qətliama məruz qalan günahsız vətəndaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq «Qanlı gəlincik-13 dəqiqə» fləşmobuna qoşulmağa dəvət edirik.

 

AYBirliyinin Mətbuat Xidməti






Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə