Martın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində xalqımızın müqəddəs Novruz bayramı münasibətilə tədbir keçirib.

 

Tədbiri giriş sözüylə Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açaraq Novruzun mahiyyətindən, onun mənəvi həyatımızdakı bənzərsiz yerindən, önəmindən danışıb.

O, bildirib ki, yüzillərdən bəri xalqımızın mənəvi dəyər olaraq yaşatdığı Novruz bayramı ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət bayramı kimi qeyd edilməkdədir. Novruz milli və bəşəri dəyərdir. Ona görə də 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

Direktor M.İmanov qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, onlara uğurlar diləyib.

Sonra tədbir institutun “İrs” folklor ansamblının təqdim etdiyi bədii hisssə ilə davam edib. Müğənnilərin ifasında Novruza aid folklor mahnıları səslənib, bayram tamaşaları göstərilib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə